Lukaşenko ekstremist cinayətlərə görə həbs edilən 29 nəfəri əfv edib

Lukaşenko ekstremist cinayətlərə görə həbs edilən 29 nəfəri əfv edib backend

Belarus prezidenti Aleksandr Lukaşenko ekstremist cinayətlər törətmiş 29 nəfərin əfv edilməsi haqqında fərman imzalayıb.

Qaziler.az bildirir ki, bu barədə dekabrın 9-da Belarus liderinin mətbuat xidməti məlumat yayıb.

Hesabatda qeyd edilir ki, 29 nəfərin hamısı əməllərindən peşman olub və əfv ərizəsi ilə Lukaşenkoya müraciət ediblər. Əfv olunanlar arasında 11 qadın və 18 kişi var. Mətbuat xidməti aydınlaşdırıb ki, onların arasında yaşı 25-dən az olan 6 nəfər, 3 nəfər pensiyaçı, 2 nəfər əlil, 15 nəfərin isə xroniki xəstəliyi var.

"Onlar aydınlaşdırıblar ki, əfv olunanların qanuna tabe olan davranışlarına respublikanın Daxili İşlər Nazirliyi nəzarət edəcək",- "Gazeta.Ru" əlavə edir.

QAZİLER.AZ

Diaspora