Suriyanın Moskvadakı səfirliyi: Keçmiş prezident Əsədlə əlaqə saxlamırıq

Suriyanın Moskvadakı səfirliyi: Keçmiş prezident Əsədlə əlaqə saxlamırıq backend

Suriyanın Moskvadakı səfirliyi ölkənin keçmiş prezidenti Bəşər Əsədlə əlaqə saxlamır.

Qaziler.az TASS-a istinadən xəbər verir ki, Suriya diplomatik missiyası onunla təmasları şərh edib.

“Əsədlə heç bir əlaqəmiz olmayıb və hələ də onunla əlaqə saxlamırıq”, - səfirlik bildirib.

Daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya lideri Vladimir Putin Əsəd və ailəsinə siyasi sığınacaq vermək qərarına gəlib. O, belə qərarlar dövlət başçısının iştirakı olmadan qəbul edilmədiyini vurğulayıb.

QAZİLER.AZ

Diaspora