ABŞ-ın Ukraynadakı səfirliyi amerikalılara artan hücum təhlükəsi barədə xəbərdarlıq edib

ABŞ-ın Ukraynadakı səfirliyi amerikalılara artan hücum təhlükəsi barədə xəbərdarlıq edib backend

ABŞ səfirliyi Ukraynaya aviazərbələrin endirilməsi təhlükəsi barədə xəbərdarlıq edib

ABŞ-ın Kiyevdəki səfirliyi Amerika vətəndaşlarına Ukraynada artan hücum təhlükəsi barədə xəbərdarlıq edib.

Qaziler.az "izvestiya" istinadən bildirir ki, bu barədə məlumat dekabrın 8-də Amerika səfirliyinin saytında dərc olunub.

“Ukraynada mühüm mülki infrastrukturu hədəf alan raket və dronların artan təhdidləri səbəbindən ABŞ-ın Kiyevdəki səfirliyi ABŞ vətəndaşlarını daha diqqətli olmağa çağırır”, - bəyanatda deyilir.

Bundan əlavə, səfirlik komendant saatına riayət etməyə, səlahiyyətlilərin göstərişlərinə əməl etməyə, hava hücumu zamanı sığınacaqlardan istifadə etməyə, həmçinin su, qida, dərman və aşağıdakı məlumat ehtiyatı saxlamağa çağırıb.

QAZİLER.AZ