Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında ölkənin əsas Yeni il yolkası quraşdırılır.
QAZÍLER.AZ Teleqraf.com-a istinaden xəbər verir ki, işlərə bu gün səhər saatlarında etiraz aksiyasından bir neçə saat sonra başlanılıb.
Tbilisi meri Kaxa Kaladze bu yaxınlarda jurnalistlərə açıqlamasında etiraz aksiyalarına baxmayaraq, şəhərdə əsas Yeni il yolkasının mütləq olacağını bildirmişdi. O, yolkanın harada quraşdırılacağını söyləməmişdi.
Qeyd edək ki, Tbilisidə davam edən etiraz aksiyaları hər axşam parlament binasının qarşısında keçirilir. Hər il Gürcüstanın əsas Yeni il yolkası parlamentin önündə qurulur, onun təntənətli işıqlandırılma mərasimi dekabrın 10-dan sonra keçirilir.