Türkiyəli diplomat ATƏT-in yeni Baş katibi təyin edildi

Türkiyəli diplomat ATƏT-in yeni Baş katibi təyin edildi backend

Türkiyənin sabiq XİN rəhbəri və ölkənin BMT yanında keçmiş daimi nümayəndəsi Feridun Sinirlioğlu ATƏT-in yeni Baş katibi təyin edilib.

QAZÍLER.AZ  Milli.Az-a istinadla xəbər verir ki, bu barədə məlumatı Maltanın xarici işlər naziri, təşkilatın hazırkı sədri Yan Borq "X" hesabında paylaşıb. 

"ATƏT-in yeni rəhbərliyini təbrik edirik. Feridun Sinirlioğlu (Türkiyə) - baş katib, Maria Telalian (Yunanıstan) - Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun rəhbəri, Kristof Kamp (Niderland) - ATƏT-in milli azlıqlar üzrə ali komissarı, Yan Bratu (Norveç) - KİV azadlığı məsələləri üzrə nümayəndə seçilib", - Y.Borq "X" sosial şəbəkəsindəki hesabında qeyd edib.

Bununla yanaşı, yunanıstanlı Mariya Telalian Demokratik İnstitutlar və İnsan Haqları Bürosunun rəhbəri, niderlandlı Kristof Kamp ATƏT-in milli azlıqlar məsələləri üzrə Ali Komissarı, norveçli Yan Bratu Media azadlığı məsələləri üzrə nümayəndə təyin edilib.

Qeyd edək ki, 68 yaşlı F.Sinirlioğlu 2015-ci ilin avqustundan həmin ilin noyabrına qədər Türkiyə XİN-ə rəhbərlik edib, 2016-2023-cü illərdə isə ölkəsinin BMT yanında daimi nümayəndəsi olub. 

Diaspora