Türkiyənin məşhur "Masterchef" proqramının münsifi Somer Sivrioğlu həbs olundu

Türkiyənin məşhur "Masterchef" proqramının münsifi Somer Sivrioğlu həbs olundu backend

Türkiyənin məşhur aşpazı və "Masterchef" proqramının münsifi Somer Sivrioğlu həbs olunub. O, 5 ildən çox müddətə azadlıqdan məhrum edilib.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Anadolu" Agentliyi xəbər yayıb.

Bildirilib ki, türkiyəli ulduz 2022-ci ildə İstanbulda Etiler məhəlləsindəki Nispetiye küçəsində yerləşən restoranın qarşısında baş verən faciəyə görə məhkəmə qarşısına çıxıb. Belə ki, restoranın önündəki istinad divarı uçaraq bir nəfərin ölümünə, bir nəfərin isə yaralanmasına səbəb olub.

Hazırlanan ittihamnamədə qeyd olunub ki, müttəhimlər bağça divarının uçması nəticəsində insanların ölümünü və ya yaralanmasını öncədən görə biləcək vəziyyətdə olmalarına baxmayaraq, rəsmiləşdirmə, təmir və ya gücləndirilmə işlərini aparmadan divarı istifadə etməyə davam ediblər.

Prokuror Somer Sivrioğlu, Sakine Öçal, Gülay Kula, Sevinç Kula, Mehmet Levent Kula, Kazım Evirgen və Kadri Berk Cemalın "şüurlu ehtiyatsızlıq nəticəsində bir və ya bir neçə şəxsin ölümünə və ya yaralanmasına səbəb olma" cinayətinə görə 2 il 8 aydan 22 il 6 aya qədər həbs cəzası tələb edib.

Məhkəmə Somer Sivrioğlu, həmçinin Kazım Evirgen və Kadri Berk Cemalın əməlini "şüurlu ehtiyatsızlıq" kimi qiymətləndirib və yüngülləşdirici halları nəzərə alaraq cəzanı 6 il 8 aydan 5 il 6 ay 20 günə endirib.

Digər təqsirləndirilən şəxslər Sakinə Öçal, Gülay Kula, Sevinç Kula və Mehmet Levent Kula isə bəraət alıblar.

Diaspora