MİT terror təşkilatı PKK/KCK-nın Suriyadakı məsul şəxslərindən sayılan Serhat Özmeni xaricdə yaxalayaraq Türkiyəyə gətirib.
Qaziler.az bildirir ki, bu barədə TRT-Haber məlumat yayıb.
Təhlükəsizlik mənbələrindən alınan məlumata görə, MİT terror təşkilatı PKK/KCK-nın Suriyadakı strukturunun sözdə məsul şəxslərindən olan “Yılmaz” kod adlı Serhat Özmenin xaricdəki yerini müəyyən edib.
MİT-in əməliyyatı ilə yaxalanan Özmen Türkiyəyə gətirilib.
2014-cü ildə terror təşkilatına qoşulan Özmenin bir çox bölgədə silahlı fəaliyyətlər həyata keçirdiyi müəyyən edilib.
Bildirilib ki, Özmenin Suriyadan sonra 2023-cü ilin əvvəlindən İraqda təşkilati strukturda fəaliyyət göstərib.
QAZİLER.AZ
