Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski Kursk istiqamətində Ukrayna qoşunlarının qarşısında duran əsas vəzifələri açıqlayıb. İndi USQ Rusiya qüvvələrinin üstün olmasına baxmayaraq, onları məhv edir.
Qaziler.az bildirir ki, bu barədə o, Facebook-da yazıb.
“Hazırda əsas vəzifəmiz müdafiənin dayanıqlığını gücləndirmək, düşmənə maksimum itki vermək, ehtiyatları hazırlamaq, bölmələrin döyüş sursatı və digər maddi-texniki vasitələrin fasiləsiz təchizatını təmin etməkdir”.
Generalın sözlərinə görə, həm nəzarət məntəqələrində, həm də birbaşa döyüş meydanında iş demək olar ki, gecə-gündüz davam edir.
"Əsgərlərimiz üstün qüvvələrlə irəliləyən düşməni effektiv və sistemli şəkildə məhv edirlər", - Sirski əlavə edib.
QAZİLER.AZ