“Deyirlər, Saakaşvilinin avtoritar rejimi, mən avtoritar idim, insanlar? Noyabrın 7-də baş verənlər mənim xoşuma gəlmədi, bütün bunlarda rus oliqarxlarının və Rusiyanın əli olmasına baxmayaraq, mən prezidentlikdən istefa verdim və səlahiyyət müddətimi qısaltdım”.
Qaziler.az "Qruziya-onlayn"a istinadən bildirir ki, bunu Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili distant iştirak etdiyi məhkəmədə deyib.
Saakaşvili bəyan edib ki, o, hakimiyyəti 2012-ci ildə sülh yolu ilə təhvil verib.
“Mən avtoritar adamam? Gürcüstana bütün dünyanın üfüqlərini açan, bir çox yeni texnologiyalar tətbiq edən, yeni təhsil sistemi yaratmış mən. Bu mübarizəni sona çatdırmasaq, hər şeyi bağlayacaqlar, bütün siyasətçiləri həbs edəcəklər, bütün telekanalları bağlayacaqlar. Biz buna hazır olmalı və internet yayımına keçməliyik. Daha hansı “qanlı” doqquz il, insanlar? Mənim vaxtımda Gürcüstan ən inkişaf etmiş ölkə idi, bütün ölkələr üçün nümunə idi”, - Mixail Saakaşvili bildirib.
QAZİLER.AZ