Kreml: Kursk vilayətində vəziyyət həll olunmağa yaxındır

Kreml: Kursk vilayətində vəziyyət həll olunmağa yaxındır backend

Kursk bölgəsindəki vəziyyət "həll olunmağa yaxındır" və nə dərəcədə tez olacağını zaman göstərəcək.

Qaziler.az bildirir ki, bunu dekabrın 6-da Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. O, regiona qubernator səlahiyyətlərini icra edən Aleksandr Xinşteynin təyin olunmasının bu regionda bu vəziyyətin yaxınlaşması deməkdirmi sualına belə cavab verib.

“Vəziyyət həll olunmağa yaxındır. Bizə onun nə dərəcədə yaxın olduğunu  zaman göstərəcək”, – deyə RİA Novosti Peskovdan sitat gətirib. Kreml nümayəndəsi qeyd edib ki, vəziyyət normallaşacaq, regiondakı problemlər bu gün həll olunmalıdır.

Kursk vilayətinin rəhbəri kimi Aleksandr Xinşteynin qarşısında duran vəzifələrə münasibət bildirən Peskov qeyd edib ki, onun işi mənzil-kommunal təsərrüfatının, tikinti sektorunun bərpasından və region vətəndaşlarının bütün ehtiyaclarını təmin etməkdən ibarət olacaq.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin Dövlət Dumasının İnformasiya Siyasəti Komitəsinin müavini və rəhbəri Aleksandr Xinşteyni Kursk vilayətinin qubernatorunun səlahiyyətlərini müvəqqəti icraçısı təyin edib.

QAZİLER.AZ

Diaspora