Üç müxalifət koalisiyası və bir partiya birgə informasiya mərkəzi yaradır və bu gün, dekabrın 5-dən fəaliyyətə başlayıb.
Qaziler.az gürcü mətbuatına istinadən bildirir ki, bu barədə “Milli Hərəkatın Birliyi”, “Dəyişiklik üçün Koalisiya”, “Güclü Gürcüstan” və “Gürcüstan Naminə Qaxariya” partiyalarının nümayəndələri birgə brifinqdə bildiriblər.
“Güclü Gürcüstan” partiyasının üzvü Levan Tsutskiridzenin dediyinə görə, müxalifətin vahid informasiya mərkəzi mütəmadi olaraq ictimaiyyətə siyasi müxalifətlə bağlı yenilənmiş məlumat və qiymətləndirmələr təqdim edəcək.
“Mən qeyri-qanuni həbs edilmiş insanlarla həmrəyliyimi bildirmək istəyirəm. Artıq o qədər insan saxlanılıb ki, onları Tbilisidə həbsxanalarda yerləşdirməyə yer yoxdur və rayonlara aparılır. Bu, bu qanunsuz rejimin tənəzzülünün son mərhələsində olduğuna işarədir. Onların bu cür davranmaları sübut edir ki, onlarda kobud fiziki gücdən başqa hakimiyyəti saxlamaq üçün başqa resurslar qalmayıb”, - Levan Tsutskiridze bildirib.
QAZİLER.AZ