Antalyanın Alanya rayonunda mebel və ağ əşyalar anbarında baş verən və banan yetişmə müəssisəsi, banan istixanası və tingxanaya sıçrayan yanğın yanğınsöndürmə briqadalarının işi ilə söndürülüb.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Kargıcak rayonu Menderes küçəsində mebel və ağ əşyalar anbarında naməlum səbəbdən yanğın baş verib. Alov tez bir zamanda banan yetişmə müəssisəsinə, banan istixanasına və uşaq bağçasına keçib.
Ətrafdakıların xəbəri ilə hadisə yerinə gələn yanğınsöndürənlərin əməyi nəticəsində söndürülən yanğın 3 iş yerinə və bir istixanaya maddi ziyan vurub.
Komandaların soyutma işləri davam edir.
Kargıcak muxtarı Muammer Asiltürk jurnalistlərə açıqlamasında yanğının anbarda iş zamanı qaynaq maşınından çıxdığını iddia edib.
Yanğında ağ əşyaların, mebellərin, divanların və kresloların yandığını bildirən Asiltür: "Alov daha sonra banan saraltma müəssisəsinə keçdi. Buradakı anbar yanıb. Allaha şükürlər olsun ki, can itkisi olmadı, ancaq çox böyük mal itkimiz oldu", - deyib.
QAZİLER.AZ