Gürcüstan Daxili İşlər Nazirliyi əməkdaşların getməsi ilə bağlı yayılan xəbərləri təkzib edir

Gürcüstan Daxili İşlər Nazirliyi əməkdaşların getməsi ilə bağlı yayılan xəbərləri təkzib edir backend

Gürcüstan Daxili İşlər Nazirliyi mətbuatda və sosial şəbəkələrdə departamentin müxtəlif şöbələrinin əməkdaşlarının guya kütləvi şəkildə işdən çıxarılması ilə bağlı yayılan məlumatlara cavab olaraq bəyanat yayıb.

Qaziler.az Gürcüstan mətbuatına istinadən bildirir ki, bu məlumat həqiqətə uyğun deyil və nazirliyi və əməkdaşlarını nüfuzdan salmaq məqsədi daşıyır:

“Qətiyyətlə bildiririk ki, yayılan məlumat yalandır və bir dövlət qurumu kimi Daxili İşlər Nazirliyinə və onun əməkdaşlarına etimadı sarsıtmaq məqsədi daşıyır”.

Nazirlik onu da qeyd edib ki, bəzi KİV-lər və siyasi qrupların nümayəndələri nazirliyin ictimaiyyət qarşısında nüfuzunu aşağı salmaq məqsədilə bilərəkdən yalan və yoxlanılmamış məlumatlar yayırlar.
Konkret hallarla bağlı bəyanatda deyilir:

“Daxili İşlər Nazirliyinin Xüsusi Təyinat İdarəsinin əməkdaşı, əməliyyat planlaşdırma şöbəsinin rəisi İrakli Şaişmelaşvili öz istəyi ilə istefa ərizəsi verib”.

QAZİLER.AZ

Diaspora