Niderland Avropa İttifaqından Gürcüstanla vizasız rejimi dayandırmağı xahiş edəcək

Niderland Avropa İttifaqından Gürcüstanla vizasız rejimi dayandırmağı xahiş edəcək backend

Niderland Tbilisidə avropapərəst etiraz aksiyalarının iştirakçılarının kütləvi saxlanmasına cavab olaraq Avropa İttifaqından Gürcüstanla vizasız rejimi dayandırmağı xahiş edəcək.

Qaziler.az-ın "Reuters"ə istinadən xəbər verir ki, bunu Niderlandın xarici işlər naziri Kaspar Veldkamp deyib.

Nazirin sözlərinə görə, Amsterdam Aİ-yə  “Gürcüstan hökumətinə onun seçdiyi yolun öz bədəli olduğunu başa salacaq” rəsmi sorğu göndərəcək.

Veldkamp Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) üzv ölkələrin xarici işlər nazirlərinin Maltada keçiriləcək iki günlük toplantısı öncəsi jurnalistlərə açıqlama verib. O, həmçinin ATƏT-dən Gürcüstan hökumətini və onun hərəkətlərini araşdırmağı xahiş edəcəyini bildirib.

Vizasız dayandırma proseduru Aİ-nin 27 üzv dövlətindən biri və ya Avropa Komissiyası tərəfindən başlaya bilər. Məhdudiyyətlər üçün ixtisaslı səs çoxluğu kifayətdir, yəni 15 Aİ ölkəsi tərəfindən qərarın dəstəklənməsi olacaq.

QAZİLER.AZ

Diaspora