Çeçenistan rəhbəri Ramzan Kadırov birbaşa xətt zamanı deyib ki, 2025-ci il Qroznı şəhərinə və ya Rusiya prezidenti Vladimir Putinin adına tikilməkdə olan rayona həsr olunacaq.
Qaziler.az bildirir ki, bu barədə “Qroznı” nəşri məlumat yayıb.
Respublika rəhbərinin sözlərinə görə, hazırda yeni ərazidə genişmiqyaslı quruculuq işləri aparılır.
Kadırov bildirib ki, Putinin adını daşıyan rayonun 2027-ci ilə qədər salınması planlaşdırılır. Onun sözlərinə görə, rayon şəhər infrastrukturunun inkişafında, əhalinin həyat keyfiyyətinin yüksəldilməsində böyük rol oynayır.
QAZİLER.AZ