Çağırış vərəqəsi göndərilən Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenkonun oğlu Aleksey hərbi hərbi komissarlığa gəlmədiyi üçün axtarışa verilib.
Qaziler.az bildirir ki, bu barədə Ukraynanın “Strana.UA” nəşri yazıb.
Qeyd edildiyi kimi, Aleksey Poroşenko iki dəfə - bu il sentyabrın 4-də və oktyabrın 21-də hərbi komissarlığa çağırılıb, lakin o, hər iki çağırışa məhəl qoymayıb.
Eks-prezidentin oğlu ehtiyatda olan leytenantdır.
Ukrayna mətbuatının yazdığına görə, Aleksey Poroşenko həyat yoldaşı və iki uşağı ilə birlikdə ya Londonda, ya da Sinqapurda yaşayır. O, Ukraynada yerləşən ailə biznesini distant idarə edir.
QAZİLER.AZ