Türkiyədə dönərdən kütləvi zəhərlənmə olub

Türkiyədə dönərdən kütləvi zəhərlənmə olub backend

Türkiyənin Bursa şəhərinin Yenişehir rayonunda yedikləri dönərdən zəhərləndiyi şübhəsi ilə 20 nəfər müalicə olunub.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Yenişehir Dövlət Xəstəxanasına ürəkbulanma və ishal şikayətləri ilə 20 nəfər müraciət edib.

Qida zəhərlənməsi diaqnozu qoyulan bu şəxslərin İznik küçəsində yerləşən restoranlardan birindən toyuq dönəri yedikləri müəyyən edildikdən sonra araşdırmalara başlanılıb.

Restoranın satışı səlahiyyətlilər tərəfindən dayandırılıb, nümunələr götürülərək laboratoriyaya göndərilib.

Müalicə altında olan xəstələrin sağlamlıq durumlarının yaxşı olduğu öyrənilib.

QAZİLER.AZ

Diaspora