Zelenski Gürcüstanla bağlı sanksiya qərarlarının hazırlanmasını tapşırıb.
Vladimir Zelenski Gürcüstanın hazırkı hakimiyyətini kəskin tənqid edib.
Qaziler.az xarici mətbuata istinadən bildirir ki, onun fikrincə, onlar ölkəni Rusiyadan asılı vəziyyətə salırlar. O, Tiflisə qarşı sanksiyaların tətbiqi ilə bağlı təkliflərin hazırlanmasına göstəriş verdiyini açıqlayıb.
“Gürcüstanın hazırkı hökuməti ölkəni Rusiyadan açıq-aşkar asılılığa sövq edir”, - deyə Zelenski Telegram kanalında yazıb.
O, Gürcüstan hakimiyyətini “öz xalqına qarşı çıxmaqda” günahlandırıb və bunu “biabırçılıq” adlandırıb.
QAZİLER.AZ