Kadırov ukraynalı məhbusları Rusiya obyektlərinin damında yerləşdirməyi təklif edib.
Çeçenistan rəhbəri Ramzan Kadırov ukraynalı məhbusların Amerika peykləri tərəfindən lentə alınan Rusiya obyektlərinin damında yerləşdirilməsini təklif edib. Siyasətçi bu barədə Ukrayna Silahlı Qüvvələrinin məhbusları ilə görüşündə danışıb.
Qaziler.az bildirir ki, video teleqram kanallarında yayılıb.
Kadırov obyektləri qorumaları üçün əsirləri onların damında yerləşdirməyi təklif edib.
Çeçenistan rəhbəri sözü ukraynalı məhbuslardan birinə verib. Həmin şəxs Ukrayna xalqından məhbusların tez evə qaytarılmasını təmin etməyi xahiş edib.
QAZİLER.AZ