Axedjakova Los-Ancelesdəki çıxışından sonra Ukraynayönlü şüar səsləndirib

Axedjakova Los-Ancelesdəki çıxışından sonra Ukraynayönlü şüar səsləndirib backend

Rusiyanın xalq artisti Liya Axedjakova Los-Ancelesdə “Mənim nəvəm Veniamin” tamaşasından sonra ukraynapərəst şüar səsləndirib.

Qaziler.az bildirir ki, bu barədə SHOT Telegram kanalı yazır.

Kanalın yayımladığı videodan görünür ki, aktrisa bunu izləyicinin Ukraynanı dəstəklədiyinə görə minnətdarlığına cavab olaraq deyib. Pərəstişkar “İşdə məhəbbət macərası” ulduzuna gül dəstəsi verıb.

Axedjakova dəfələrlə xüsusi əməliyyatın əleyhinə çıxış edib və müxtəlif müsahibələrində Rusiya hakimiyyətinin hərəkətlərini tənqid edib. Belə ki, söhbətlərin birində o, ukraynalılardan və bütün dünyadan açıq şəkildə üzr istəyib.

Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə üzrə Federal Layihənin (FPBC) rəhbəri Vitali Borodin NEWS.ru-ya müsahibəsində Axedjakova, həmçinin müğənni Valeri Meladze və müğənni Alla Puqaçovanı Rusiyaya qarşı informasiya müharibəsi aparmaqda ittiham edib. Borodin hesab edir ki, onlar və bəzi başqa sənətçilər Rusiyaya qarşı mübarizə aparan ölkələri dəstəkləyirlər.

QAZİLER.AZ

Diaspora