Rusiya və Belarus birgə hərbçilər hazırlamaq üçün üç təlim mərkəzi yaratmağı planlaşdırır.
Qaziler.az BELTA-ya istinadən xəbər verir ki, bunu Belarus Nümayəndələr Palatasının Milli Təhlükəsizlik Daimi Komitəsinin rəhbəri Gennadi Lepeşko deyib.
Onun sözlərinə görə, Belarusda belə bir təlim mərkəzi Qrodno vilayətində, Rusiyada - Nijni Novqorod və Kalininqrad vilayətlərində yaradılacaq. İndi Belarus və Rusiyanın hərbi təhsil müəssisələrində bunun üçün kadrlar hazırlanır.
Həmçinin, onun sözlərinə görə, ölkələr 2025-ci ildə “hərbi sahədə birgə fəaliyyətə dair 160-dan çox saziş” imzalayıb.
QAZİLER.AZ