Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Cənubi Koreyada baş verənləri şərh edib.
Qaziler.az bildirir ki, onun sözlərini “İnterfaks” sitat gətirir.
"Dekabrın 3-də Cənubi Koreya prezidenti Yun Sok Yeol Şimali Koreya tərəfdarlarına qarşı mübarizə aparmaq üçün ölkədə hərbi vəziyyət elan edib. Bunun Yun Sok Yeola qarşı impiçment prosedurunu həyata keçirmək cəhdləri ilə bağlı ola biləcəyi güman edilir"- “İnterfaks” yazır.
“Vəziyyət narahatedicidir. Biz diqqətlə izləyirik”, - Kreml rəsmisi Cənubi Koreyadakı vəziyyətlə bağlı deyib.
QAZİLER.AZ