İtaliya Ukraynaya yeni hərbi yardım paketi hazırlayır. Çox güman ki, 2024-cü ilin sonuna qədər təsdiqlənəcək.
Qaziler.az bildirir ki, bu barədə “Reuters" xəbər verir.
Rusiyanın tam miqyaslı işğalının əvvəlindən İtaliya Ukraynaya doqquz hərbi yardım paketi, o cümlədən iki SAMP/T hava hücumundan müdafiə sistemi.verib,
Nəşrin mənbələrinə görə, İtaliya hökumətinin 10-cu paketi 2024-cü ilin dekabr ayının sonuna kimi təsdiq edəcəyi gözlənilir.
Lakin Reuters-in həmsöhbətləri təfərrüatları açıqlamaqdan imtina ediblər. Əslində, silahların göndərilməsi ilə bağlı bütün məlumatlar məxfidir.
Qeyd olunur ki, Ukraynaya silah göndərmək üçün İtaliya hökuməti 2024-cü ilin sonuna qədər qüvvədə olan parlament icazəsi tələb edir.
QAZİLER.AZ