Bu dezinformasiyanın yeganə məqsədi ictimaiyyəti çaşdırmaq və süni həyəcan yaratmaqdır - Qaribaşvil

 Bu dezinformasiyanın yeganə məqsədi ictimaiyyəti çaşdırmaq və süni həyəcan yaratmaqdır - Qaribaşvil backend

Keçmiş baş nazir və “Gürcü Arzusu”nun sədri İrakli Qaribaşvili hakim partiyanı tərk etməsi ilə bağlı məlumatları təkzib edib.

Qaziler.az bildirir ki, bu barədə "Qruziya-onlayn" məlumat yayıb.

“Bu gün radikal müxalifətin nəzarətində olan media mənim “Gürcü arzusu”ndan ayrıldığım barədə yalanlar yayır. Bu dezinformasiyanın yeganə məqsədi ictimaiyyəti çaşdırmaq və süni həyəcan yaratmaqdır. Vurğulamaq istəyirəm ki, “Gürcü Arzusu”nun sədri kimi fəaliyyətimi davam etdirirəm, komandamızın üzvüyəm və hər hansı digər məlumat həqiqətə uyğun deyil”, - Qaribaşvili deyib.

QAZİLER.AZ

Diaspora