Tbilisidə mitinqdə saxlanılan rusiyalı Ermənistana qovulub

Tbilisidə mitinqdə saxlanılan rusiyalı Ermənistana qovulub backend

Tbilisidə avrointeqrasiya prosesinin dayandırılmasına qarşı keçirilən etiraz aksiyasında saxlanılan Rusiya  vətəndaşı (Mixail, soyadı qeyd olunmayıb) Ermənistana qovulub. 

Qaziler.az bildirir ki, bu barədə "The Insider" xəbər verir. 

Onun sözlərinə görə, o, noyabrın 30-na keçən gecə saxlanılıb və öz layihəsi üçün jurnalistlərin yanında olarkən və aksiyaları smartfonla lentə alarkən saxlanılarkən döyülüb.

O, bildirib ki, polis bölməsində saxlanılan şəxslərə hüquqları izah edilməyib, yaxınlarına və ya vəkilinə zəng etmək imkanı yaradılmayıb. Mixaildən yanında olmayan pasport istəyiblər. “The Insider” yazır ki, polis sənədlərdə rusiyalının prinsipcə pasportunun olmadığını göstərib və bu, sonda deportasiyaya səbəb olub.

QAZİLER.AZ

Diaspora