Litva, Latviya və Estoniya xarici işlər nazirlərinin sanksiyalarla bağlı bəyanatlarından sonra bu ölkələrin səfirləri Gürcüstan Xarici İşlər Nazirliyinə çağırılıb.
Qaziler.az "qruziya-onlayn"a istinadən bildirir ki, səfirlərin görüşü çox güman ki, xarici işlər nazirinin müavini ilə baş tutub. Səfirlər Xarici İşlər Nazirliyinin binasına daxil olmazdan əvvəl ictimaiyyətə heç bir şərh verməyiblər.
Məlumat üçün bildirək ki, Litva və Estoniya insan hüquqlarının pozulmasına görə məsuliyyət daşıdığı üçün Gürcüstan vətəndaşlarına qarşı sanksiyalar tətbiq edib. Sanksiyaya məruz qalan şəxslərin siyahısını həmin ölkələrin xarici işlər nazirləri Qabrielius Landsberqis və Marqus Tsaxna açıqlayıb.
Sanksiyaya məruz qalanların siyahısına Bidzina İvanişvili, Vaxtanq Qomelauri, Şalva Bedoidze, İoseb Çelidze, Aleksandr Daraxvelidze, Giorgi Buthuzi, Zviad Xarazişvili, Miller Laqazauri, Mirza Kezevadze, Vaja Siradze, Teymuraz Kupatadze daxildir.
QAZİLER.AZ