Gürcüstanın Konstitusiya Məhkəməsi ölkə prezidenti Salome Zurabişvilinin oktyabrın 26-da keçirilmiş parlament seçkilərini konstitusiyaya zidd kimi tanımaq iddiasını qəbul etməyib.
Qaziler.az bu barədə TASS-a istinadla məlumat xəbər verir.
Dekabrın 1-də Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib ki, hakimiyyət təkrar parlament seçkilərinin keçirilməsi məsələsini nəzərdən keçirmir.
Avropa Parlamenti daha əvvəl onlara çağırış edib. Avropa Parlament üzvlərinin fikrincə, onlar “prosesin həqiqi ədalətliliyini və şəffaflığını” təmin etmək üçün yaxın bir il ərzində ciddi monitorinqdən keçməlidirlər.