Hökumətə müxalif olan gürcü müxalifətinin nümayəndələri hakim “Gürcü arzusu” partiyasının regional şöbələrinə hücumlara başlayıblar.
Qaziler.az “NEWS.ru”ya istinadla xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib.
Respublika rəhbəri vurğulayıb ki, təxribatlara baxmayaraq, partiya bu təcavüzkar hərəkətlərə reaksiya vermək fikrində deyil.
“Dünən Kutaisidəki ofisimizi yandırmağa cəhd etdilər, bu gün Zestafonidəki partiya ofisinə daş atdılar və ofis işçisi olan qadınlardan birinin başına xətər dəyib”, - Kobaxidze bildirib.
Qeyd edək ki, noyabrın 28-də Gürcüstanda kütləvi etirazların yeni dalğası başlayıb. Nümayişlər hakimiyyətin Tbilisinin respublikanın Avropa İttifaqına daxil olması ilə bağlı müzakirələri 2028-ci ilin sonuna qədər təxirə salması ilə bağlı bəyanatı ilə təhrik edilib. Bundan əlavə, hökumət birliyin əvvəllər verdiyi bütün qrantlardan imtina etmək qərarına gəlib.
QAZİLER.AZ