Yaponiya Urmiya gölünün bərpasına maliyyə ayırıb

Yaponiya Urmiya gölünün bərpasına maliyyə ayırıb backend

Yaponiya hökuməti İranın Qərbi Azərbaycan əyalətində yerləşən Urmiya gölünün bərpasına 4,5 milyon dollar məbləğində yardım ayırıb.

Məlumatı “ir.voanews.com” yayıb.

Məlumata görə, maliyyə yardımı Urmiya gölünün bərpası və ətraf yaşayış məntəqələrinin bataqlıqlardan mühafizəsinə xərclənəcək.

Bildirilib ki, layihə 2024-2028-ci illərdə BMT-nin Ətraf Mühit Təşkilatı, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə birgə əməkdaşlıq nəticəsində həyata keçiriləcək. Bu, iki ölkə arasında İranın bataqlıq ərazilərini, xüsusilə Urmiya gölünü qorumaq üçün ikinci əməkdaşlıq layihəsidir.

Report.az

Diaspora