Hakan Fidan: Terrorçuların Suriyadakı qeyri-sabitlikdən istifadə etmələrinə imkan verməyəcəyik

Hakan Fidan: Terrorçuların Suriyadakı qeyri-sabitlikdən istifadə etmələrinə imkan verməyəcəyik backend

Türkiyə Suriyadakı hadisələrin inkişafını diqqətlə izləyir. Terrorçuların qeyri-sabitlikdən istifadə etmələrinə imkan verməyəcəyik.

"Report" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan İranın XİN başçısı Abbas Ərakçi ilə birgə mətbuat konfransında bildirib.

"Suriyadakı son hadisələr Dəməşqin öz xalqı və qanuni müxalifətlə kompromis tapmasının vacibliyini vurğulayır. Bu mərhələdə vəziyyəti yalnız xarici müdaxilə ilə əlaqələndirmək düzgün olmazdı. Biz regiondakı vəziyyəti diqqətlə izləyirik, qurumlarımız terrorçuların qeyri-sabitlikdən istifadəsinin qarşısını almaq üçün koordinasiyalı şəkildə fəaliyyət göstərir. Suriya artıq 13 ildir ki, bu problemlərlə üzləşir, lakin hakimiyyət siyasi həllə yaxınlaşmayıb", - H.Fidan qeyd edib.

Nazir vurğulayıb ki, Türkiyə və İranın Suriya məsələsində birgə işi regionda sabitliyin təmin olunmasında mühüm rol oynayır.

H.Fidan, həmçinin bildirib ki, yaxın vaxtlarda Suriya münaqişəsinin siyasi həllinə yönəlmiş “Astana prosesi” çərçivəsində nəzərdə tutulan təşəbbüslərin həyata keçirilməsi gözlənilir.

QAZİLER.AZ

Diaspora