Türkiyədə Dezinformasiya ilə Mübarizə üzrə Rabitə Mərkəzi (DMM) Müdirliyi bəzi mətbuat orqanlarında “İyul ayında Pəncə-Kilit bölgəsində 44 şəhid verdik” iddiasının doğru olmadığını bildirib.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, DMM-dən verilən açıqlamada 2024-cü ilin iyul ayında Pəncə-Kilit Əməliyyatı bölgəsində 3 əsgərin şəhid olduğu xatırladılıb.
Açıqlamada iyul ayında əməliyyat zonasında 44 şəhidin itirilməsi iddiasının həqiqəti əks etdirmədiyi vurğulanıb və bunlar qeyd olunub:
"Şəhidlərimiz piyada Polkovnik-leytenant Abdullah Cem Dəmirkan, kiçik zabit Bahadır Rıdvan Talay və mütəxəssis Çavuş Cebrail Açar haqqında məlumat ailələrinə verildikdən sonra Milli Müdafiə Nazirliyinin rəsmi saytında dərc olunub. Terror təşkilatlarının təbliğatına xidmət edən dezinformasiya kampaniyalarından diqqət edin. Rəsmi mənbələrdən başqa verilən açıqlamalara etibar etməyin”.
QAZİLER.AZ