Gürcüstan prezidenti Salome Zurabişvili məktəbləri hökumətə qarşı etirazlara qoşulmağa çağırıb.
Qaziler.az "izvestiya"ya istinadən bildirir ki, o, müvafiq mesajı dekabrın 2-də X sosial şəbəkəsində (keçmiş Twitter) dərc edib.
"Universitetlərin ardınca Gürcüstanda baş verən etirazlarla həmrəylik ifadə etmək növbəsi məktəblərə çatır" deyə o yazıb.
İstifadəçilər prezidentin çağırışını mənfi qarşılayıb və onu uşaqlardan siyasi proseslərdə istifadə etmək istəyinə görə qınayıblar.
QAZİLER.AZ