Osetiya məktəbinin 5-ci sinifində oxuyan dörd şagird karandaş üzündən xəstəxanaya yerləşdirilib.
Qaziler.az bildirir ki, bu barədə dekabrın 2-də Şimali Osetiya-Alaniyanın təhsil və elm naziri Ella Əlibekova məlumat verib.
Hadisənin Çermen şəhərindəki 2 saylı təhsil müəssisəsində riyaziyyat dərsi zamanı baş verdiyi dəqiqləşir.
“5-ci sinifdə riyaziyyat dərsi zamanı uşaqlar xətt çəkərkən müəllim qələmləri çıxarmağı xahiş edib. Şagirdlərdən biri plastik karandaş çıxarıb. Dərhal kəskin qoxu yaranıb və dörd şagirdin halı pisləşib”, - deyə Əlibekova Telegram kanalında yazıb.
Uşaqlar xəstəxanaya yerləşdirilib.
"Hazırda onların vəziyyəti stabildir", - deyə nazir məsələyə aydınlıq gətirib. Onun sözlərinə görə, məktəbdə mütəxəssislər çalışır.
QAZİLER.AZ