Gürcüstandakı etiraz aksiyasında jurnalist polisin hücumuna məruz qalıb

Gürcüstandakı etiraz aksiyasında jurnalist polisin hücumuna məruz qalıb backend

"Aprili" nəşrinin jurnalisti Georgi Basxajauri öz peşə borcunu yerinə yetirərkən polis əməkdaşının hücumuna məruz qalıb.

Qaziler.az  bildirir ki, "Aprili" nəşrinin məlumatına görə, Basxajauri mitinq iştirakçılarının Çavçavadze prospekti yaxınlığındakı xiyabanlardan birində saxlanmasını lentə alıb.

Polis onu təqib edərək telefonunu almağa çalışıb.

Polis əməkdaşının Giorgi Baskhajauriyə qarşı fiziki zorakılıq nümayiş etdirdiyi görüntülər İctimai telekanalda canlı yayımlanıb.

QAZİLER.AZ

Diaspora