Noyabrın 18-də Rusiya İrana ilk iki Su-35 təyyarəsini təhvil verib. Bu, Komsomolsk-na-Amurda aviasiya zavodunun ərazisində keçirilən mərasim zamanı baş verib.
Qaziler.az bildirir ki, RBC-Ukrayna "Flug Revue"ə istinadən yazır.
Nəşrin məlumatına görə, qırıcılar sökülüb, sonra An-124-100 təyyarəsi ilə Tehranın Mehrabad hava limanına çatdırılıb. Oradan təyyarə İran Hərbi Hava Qüvvələrinin Həmədan şəhəri yaxınlığındakı üçüncü taktiki aviabazasına çatdırılacaq.
Orada yenidən Su-35 qırıcıları yığılacaq.
QAZİLER.AZ