Biləsuvarda məcburi köçkünlərin məskunlaşdığı qəsəbələrdən 11 ailə Cəbrayıl şəhərinə köçürülüb

Biləsuvarda məcburi köçkünlərin məskunlaşdığı qəsəbələrdən 11 ailə Cəbrayıl şəhərinə köçürülüb backend

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə sakinlərinin qayıdışı davam edir.

QAZÍLER.AZ.  APA-ya istinaden verdiyi məlumata görə, Biləsuvar rayonunda salınan qəsəbələrdən 11 ailə 53 sakin olmaqla bu gün Cəbrayıl şəhərinə köçürülüb.

Bununla yanaşı, Bakı şəhərindən 15 ailə - 80 nəfər, Abşeron rayonundan 5 ailə - 25 nəfər, Sumqayıt şəhərindən 3 ailə - 16 nəfər, Saatlı rayonundan 2 ailə - 8 nəfər, Şabran rayonundan 2 ailə - 9 nəfər, Şəki rayonundan 1 ailə - 4 nəfər, Beyləqan rayonundan 1 ailə - 5 nəfər, Cəbrayıl şəhərinə yola salınıb.

Həmçinin qeyd olunub ki, bu günədək respublikamızın müxtəlf bölgələrində məskunlaşmış cəmi 203 ailə - 783 nəfər rayon sakini Cəbrayıl şəhərinə köçürülərək daimi məskunlaşmaları təmin edilib.

 

 

Diaspora