Baş nazir: Polis Gürcüstanda dövlət çevrilişinin qarşısını almağa nail olub

Baş nazir: Polis Gürcüstanda dövlət çevrilişinin qarşısını almağa nail olub backend

Polis dünən Gürcüstanda dövlət çevrilişi cəhdinin qarşısını almağa nail olub.

QAZÍLER.AZ  "Report"-a istinaden verdiyi  məlumatına görə, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.

O, Tbilisidə baş verən iğtişaşlarda iştirak edənlərin bir qisminin yaxşı təşkil olunduğunu vurğulayıb:

“Mitinq iştirakçıları arasında təqribən 500 provakator olub. Onlar pirotexnika və hətta “Molotov kokteylləri”ndən istifadə ediblər”.

Kobaxidze Konstitusiyaya qəsdin qarşısını alaraq Gürcüstanın suverenliyini qoruduqları üçün ölkənin daxili işlər naziri Vaxtanq Qomelauriyə və Tbilisi polisinə təşəkkür edib.

 

 

Diaspora