Tbilisinin mərkəzindəki Azadlıq meydanına xüsusi təyinatlılar, su şırnaqları və xüsusi texnika səfərbər edilib.
Qaziler.az xəbər verir ki, bu barədə “Sputnik Gürcüstan” məlumat yayıb.
Noyabrın 29-da axşam hakim “Gürcü arzusu” partiyasının Avropa İttifaqı ilə üzvlük danışıqlarını 2028-ci ilə qədər dayandırmasından sonra Tbilisidə etiraz aksiyaları davam edib. Cümə axşamı müxalifətin etiraz aksiyasında Gürcüstan prezidenti Salome Zurabişvili də iştirak edib.
Gürcüstan Daxili İşlər Nazirliyi bildirib ki, Tbilisidə etirazçılar strateji obyektləri, o cümlədən televiziya və radio yayımçılarını, dəmiryol vağzallarını, mərkəzi magistralları və digər mühüm obyektləri bağlamağı planlaşdırırlar.
Qeyd edilib ki, təhlükəsizlik qüvvələri noyabrın 28-də nümayişçiləri dağıtmaq üçün su şırnaqları və gözyaşardıcı qazdan istifadə edib. Tbilisidə parlament binası yaxınlığında keçirilən aksiyanın dağıdılması zamanı 30-dan çox polis əməkdaşı yaralanıb.
QAZİLER.AZ