Birinci Liqanın futbol hakimi Privalov 28 yaşında vəfat edib.
Rusiyalı futbol hakimi Emir Privalov 28 yaşında dünyasını dəyişib.
Qaziler.az bildirir ki, bu barədə cümə günü, noyabrın 29-da Rusiya Futbol İttifaqı (RFU) rəsmi saytında məlumat yayıb.
“Emirin iki uşağı qalıb. Rusiya Futbol İttifaqı hakimin ailəsinə dərin hüznlə başsağlığı verir və dəfn mərasiminin təşkilində maddi dəstək və köməklik göstərəcək”, - mesajda deyilir.
Privalov 9 iyul 1996-cı ildə Soçidə anadan olub. 2016-cı ildən futbol matçlarında hakimlik edir.
QAZİLER.AZ