Rusiyanın paytaxtı Moskvanın qərbində mikroavtobus avtobus dayanacağına girib, iki nəfər xəsarət alıb.
Qaziler.az bildirir ki, bu barədə cümə günü, noyabrın 29-da şəhər fövqəladə hallar xidmətinə məlumat verilib.
"Sərnişin mikroavtobusu Akademik Anoxin küçəsindəki 42 nömrəli evin yaxınlığındakı dayanacağa gəlib", - fövqəladə hallar xidmətinin nümayəndəsi bildirir.
Mikroavtobusda olan iki nəfər xəsarət alıb.
Ddayanacaqda avtobus gözləyən 33 yaşlı qadının ayağı əzilib. O, özü hadisə barədə təcili yardım xidmətinə məlumat verib.
Gələn təcili yardım işçiləri sərnişinin yumşaq toxumasının zədələndiyini aşkar edib və o, xəstəxanaya yerləşdirilməkdən imtina edib, -360.ru xəbər verir.
QAZİLER.AZ