Türkiyədə mərkəzi İzmir olmaqla 7 vilayətdə FETÖ-yə qarşı keçirilən əməliyyatda 13 şübhəli saxlanılıb.
Qaziler.az bildirir ki, bu barədə TRT-Haber məlumat verir.
FETÖ terror təşkilatının hərəkət və fəaliyyətlərinin deşifrə edilməsi istiqamətində İzmir Respublika Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində vilayət təhlükəsizlik müdirliyinin terrorla mübarizə və kəşfiyyat şöbələrindən olan qruplar İzmirlə yanaşı, Ankara, İstanbul, Qaziantep, Adana, Əskişəhər və Kütahyada müəyyən edilən ünvanlarda eyni vaxtda əməliyyatlar təşkil edilib.
Əməliyyat zamanı 13 şübhəli yaxalanıb.
Şübhəlilərin polis bölməsində əməliyyatları davam etdirilir.
QAZİLER.AZ