Rusiyalı hərbçilər Pokrovski rayonunda daha dörd ukraynalı hərbi əsiri güllələyiblər. Hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırmaya başlayıb.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Ukrayna Baş Prokurorluğunun mətbuat xidmətinə istinadən məlumat yayıb.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, 2024-cü il noyabrın 22-də rusiyalılar Pokrovski rayonunun Petrovka kəndi yaxınlığında yerləşən Ukrayna Silahlı Qüvvələrinin mövqelərinə hücuma keçiblər.
Düşmən hücumu zamanı Ukrayna Silahlı Qüvvələrinin 4 hərbçisi təslim olmaq məcburiyyətində qalıb. Bundan dərhal sonra işğalçılar onlara avtomat silahlardan atəş açıblar.
“Hərbi əsirlərin qəsdən öldürülməsi Cenevrə Konvensiyalarının kobud şəkildə pozulmasıdır və ağır beynəlxalq cinayət kimi təsnif edilir”, - Baş Prokurorluq qeyd edib.
QAZİLER.AZ