Ərdoğan: Baydenin Qəzza təşəbbüsü gecikmiş, amma vacib addımdır

Ərdoğan: Baydenin Qəzza təşəbbüsü gecikmiş, amma vacib addımdır backend

ABŞ Prezidenti Cozef Baydenin Qəzza zolağında atəşkəsin təmin edilməsi üzrə yeni təşəbbüs başlatmaqla bağlı bu yaxınlarda verdiyi bəyanat çox gecikmiş, amma vacib addımdır.

"Report" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Oman Sultanı Heysəm bin Tarik əl-Səidlə birgə keçirdiyi mətbuat konfransında deyib.

Ərdoğan bildirib ki, Qəzzada təcili, ədalətli və davamlı atəşkəs olmadan regional və qlobal sülh əldə edilə bilməz.

“Bu münaqişələr başlayandan biz davamlı atəşkəsin təmin edilməsi üçün vasitəçilik və ya zəmanət vasitəsilə əlimizdən gələn hər şeyi etməyə hazır olduğumuzu dəfələrlə bəyan etmişik. Biz bu gün də eyni mövqedəyik”, - o söyləyib.

Diaspora