Rusiyanın Sankt-Peterburq şəhərində restoranlardan birində yemək yedikdən sonra 16 nəfər zəhərlənmə əlamətləri ilə xəstəxanaya yerləşdirilib.
Qaziler.az bildirir ki, bu barədə noyabrın 28-də “İzvestiya”ya mənbə bildirib.
Həmsöhbətin sözlərinə görə, bütün zərərçəkənlərə lazımi yardım göstərilir. İlkin məlumatlara görə, onların hamısında salmonellyoz (kəskin bağırsaq infeksiyası) əlamətləri var.
Hazırda xəstələrin vəziyyəti kafi qiymətləndirilir.
QAZİLER.AZ