Putin Merkeldən üzr istəyib və onun itini bir daha ona yaxın buraxmayacağına söz verib
Rusiya prezidenti Vladimir Putin onun labrador Konni 2007-ci ildə onun iqamətgahında görüşü zamanı Almaniyanın keçmiş kansleri Angela Merkelin üstünə atılması zamanı kanslerin itlərdən qorxmasından xəbərsiz olduğunu etiraf edib.
Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, Astanada keçirdiyi mətbuat konfransında Rusiya lideri onu qəsdən qorxutmaq ittihamlarını rədd edib.
"Artıq Merkelə bu barədə demişdim ki, onun itlərdən qorxduğunu bilmirdim. Bilsəydim, bunu heç vaxt etməzdim. Əksinə, rahat və xoş bir atmosfer yaratmaq istədim. Sonradan bildim ki, o, itlərdən qorxur, hərdən belə olur”, - Putin bildirib.
Rusiya Prezidenti bir daha keçmiş kanslerdən üzr istəyib və növbəti ziyarətə gələndə iti bir daha ona yaxın buraxmayacağına söz verib. Dövlət başçısının çıxışı ilə Kremlin saytında tanış olmaq olar.
Merkel xatirələrində itlə görüşdən keçirdiyi dəhşətdən danışıb. O, Ukermarkdakı yarmarkada itlərdən biri tərəfindən dişlənildikdən sonra itlərdən qorxduğunu etiraf edib. O yazıb ki, müşaviri bu barədə Rusiya tərəfinə xəbərdarlıq edib. O, əmindir ki, Putin bundan “istifadə edib”.
QAZİLER.AZ