Ukrayna Cənubi Koreyadan silah almaq istəyirdi, Seul imtina etdi - "SBS News"

Ukrayna Cənubi Koreyadan silah almaq istəyirdi, Seul imtina etdi -  "SBS News" backend

Ukrayna Cənubi Koreyadan Rusiya ordusu ilə mübarizə aparmağa kömək edəcək silahlar almaq istəyirdi. Lakin Seul bundan imtina etdi.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna SBS News-a istinadən xəbər verir.

Nəşrin məlumatına görə, Ukrayna nümayəndə heyəti Koreya silahlarının sərbəst ötürülməsi deyil, alınması üçün icazə istəyib. Söhbət, xüsusilə, "Cheongung" orta mənzilli yer-hava raketlərindən gedir.

Mənbənin sözlərinə görə, Ukrayna öldürücü olmayan silahlar istəyib. Ukraynalıları "Cheongung" raketlərdən əlavə radarlar - hava hücumundan müdafiə və artilleriya əleyhinə qurğular maraqlandırıb. 

Çox güman ki, Koreyanın "LIG Nex1", "Hanwha" və "Hyundai Rotem" kimi müdafiə şirkətləri Ukraynadan silahların alınması ilə bağlı əməkdaşlıq təklifləri alıblar. Lakin Cənubi Koreyanın Müdafiə Nazirliyi sahibkarlara müqavilə imzalamaqdan çəkinməyi tövsiyə edib.

QAZİLER.AZ

Diaspora