Voloqda Qanunvericilik Məclisi səs çoxluğu ilə iş günləri gündə iki saat alkoqol satışına dair regional qanun qəbul edib.
Qaziler.az “Nyus.ru”ya istinadla bildirir ki, bu barədə məlumatı Voloqda vilayətinin qubernatoru Georgi Filimonov “Teleqram” kanalında paylaşıb.
Məlumatda qeyd olunub ki, qanun 2025-ci il martın 1-dən qüvvəyə minəcək.
Qanunun lehinə 24 deputat səs verib. İki deputat əleyhinə, bir deputat isə bitərəf qalıb.
QAZİLER.AZ