İstanbulda terror təşkilatı DHKP/C-yə qarşı keçirilən əməliyyatda 4 şübhəli saxlanılıb.
Qaziler.az bildirir ki, bu barədə TRT-Haber məlumat verir.
İstanbul Respublika Prokurorluğu Terror Cinayətləri İstintaq Bürosu tərəfindən aparılan araşdırmada, terror təşkilatı DHKP/C-nin Sarıgazi bölgə müdiri də daxil olmaqla 4 şübhəlinin ictimai nəqliyyat vasitələrini qaçırmaq, onlardan zorakılıq hərəkətlərində istifadə etmək və bu hərəkətləri təşkil etmək kimi fəaliyyətlərlə məşğul olduğu müəyyən edilib.
Prokurorluğun həbs qərarı çıxardıqdan sonra İstanbul Terrorla Mübarizə Şöbə Müdirliyi qrupları hərəkətə keçib və göstərilən ünvanlarda eyni vaxtda əməliyyat keçirib.
Əməliyyat zamanı bütün şübhəlilər yaxalanıb
QAZİLER.AZ