Gürcüstanın 11-ci çağırış parlamentinin iclasına paralel olaraq aksiyaçılar etiraz əlaməti olaraq qanunvericilik binasına yumurta atıblar.
Qaziler.az bildirir ki, bu barədə "Qruziya onlayn" xəbər verir.
Aksiya iştirakçıları hələ də parlamentin sağ qapısı ağzında dayanaraq, müxtəlif şüarlar səsləndirməklə səslərini parlamentdəki deputatlara çatdırmağa çalışırlar.
Daxili İşlər Nazirliyinin əməkdaşları da hadisə yerindədir.
Nazirliyin əməkdaşları Zubalaşvili küçəsində kordon yaradaraq mitinq iştirakçılarının parlamentin arxa girişinə yaxınlaşmasına mane olurlar.
QAZİLER.AZ