Prezident Vladimir Zelenski Sergey Krivoşeenkonu Sumı Şəhər Hərbi Administrasiyasının yeni rəhbəri təyin edib.
Qaziler.az bildirir ki, bu barədə Ukrayna prezidenti sərəncam imzalayıb.
“Sergey Vladimiroviç Krivoşeenko Sumı vilayəti, Sumı rayonunun Sumı şəhər hərbi idarəsinin rəisi təyin edilsin”, – sərəncamda deyilir.
2023-cü ilin noyabr ayından rəis vəzifəsini icra edən Aleksey Drozdenko yeni sərəncama əsasən vəzifəsindən azad edilib.
Krivoşeenko 2024-cü ilin avqustundan onun müavini vəzifəsində çalışırdı.
QAZİLER.AZ